Putin: Moskva Üçüncü Romadır -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Putin: Moskva Üçüncü Romadır - VİDEO

Dünya

21 Noyabr 2026 11:50 47


"Moskva Üçüncü Romadır, dördüncüsü olmayacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin serb kinorejissoru Emir Kusturitsa ilə müsahibəsində bildirib.

Onun sözlərinə görə, xristianlıq Qədim Romada yaranıb. Romanın süqutundan sonra Bizansdakı Konstantinopol xristian inancının mərkəzinə çevrildi, lakin sonra o da süqut edib:  Onlayn mağaza

"Lakin o vaxta qədər xristianlıq artıq Rusiya torpağına, Moskvaya köçürülmüşdü. Moskva bu inancın, bu ənənələrin davamçısı oldu. Bu mənada o, üçüncü Roma, yəni bu müqəddəs yerlərin, bu irsin mənəvi qəyyumu oldu".

Bu ifadənin müəllifliyi XV-XVI əsrlərdə yaşamış Pskovdakı Spaso-Eleazarov monastırının rahibi Filofeyə aid edilir. O, III Vasiliyə və IV İvana yazdığı məktublarda yazırdı: "İki Roma süqut etdi, amma üçüncüsü dayanır və dördüncüsü olmayacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!