Lənkəranda 11-ci sinif şagirdi qəfil öldü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda 11-ci sinif şagirdi qəfil öldü

Sosial

31 Yanvar 2022 12:12 725


Lənkəranda 17 yaşlı oğlan qəfil ölüb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Türkəkəran kəndində baş verib.

Kənd sakini 2005-ci il təvəllüdlü, Elvar Fədail oğlu İbrahimzadə yaşadıqları vəfat edib. Toyuqlu pizza

Yaxınlarının deməsinə görə, anası oğlunun yatdığı yerdə xırıltısını eşidib. Onu oyatmağa çalışsa da, Elvar qəfil dünyasını dəyişib.

O, ailədə iki oğlandan biri olub. 11-ci sinifdə oxuyan Elvarın əvvəllər səhətində hər hansı bir problemin olmadığı bildirilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə yerləşdirilib.

Müayinələrin ilkin nəticələrinə görə, gənc oğlan ürəktutmadan dünyasını dəyişib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!