Lerikdə istirahət mərkəzlərinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.
Bakı sakini 2010-cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Dominos pizza
Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.
Telegram kanalımız