Lisey və gimnaziyalarda qəbul: Seçimlərin II mərhələsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Lisey və gimnaziyalarda qəbul: Seçimlərin II mərhələsi başladı

Sosial

28 Avqust 2026 17:37 89


2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalarda seçimlərin II mərhələsinə başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, mərhələ I seçimdən sonra boş qalan plan yerləri üzrə aparılır.

Şagirdlər seçimlərini şəxsi kabinetlərində “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirə bilərlər. Namizədlər II mərhələdə ən çoxu iki lisey və ya gimnaziya seçə bilərlər. İki təhsil müəssisəsinin seçilməsi məcburi deyil. Sezar pizza

Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları və üstünlük verdikləri lisey və ya gimnaziyanı seçim siyahısına daxil etmələri tövsiyə olunur.

II mərhələ üzrə seçim prosesi avqustun 31-də saat 12:00-da başa çatacaq.

Seçimlərin III mərhələsinin keçirilməsi nəzərdə tutulmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!