Litva müharibəyə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Litva müharibəyə hazırlaşır

Dünya

08 Oktyabr 2026 14:57 69


Litva hakimiyyəti ehtimal olunan hərbi münaqişə və ya gözlənilməz böhran şəraitində dövlət qurumlarının fəaliyyətini fasiləsiz davam etdirməsi üçün genişmiqyaslı hazırlıqlara başlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Litva Seymi sədrinin müşaviri Saulyus Stripayka açıqlama verib.

Müşavir bildirib ki, Ukraynadakı müharibənin gedişatı və müasir hərbi təhdidlər ətraflı təhlil edildikdən sonra parlament sədrinin təşəbbüsü ilə qanunvericiliyə müvafiq dəyişikliklər paketi hazırlanıb. Yeni qaydalar müharibə və digər fövqəladə hallarda dövlət idarələrinin iflic olmasının qarşısını almağı və hakimiyyət strukturlarının iş ahəngini qoruyub saxlamağı hədəfləyir. pizza

Saulyus Stripayka əlavə edib ki, bu mühüm prosesdə əsas icraedici cavabdehlik və strateji vəzifələr Silahlı Qüvvələrin, eləcə də ölkə rəhbərliyinin mühafizəsi üzrə xüsusi xidmət orqanının üzərinə düşəcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!