“Liverpul” “Real Madrid”i “talayır” – 2 transfer birdən

saytların hazırlanması

Evə çatdırılma

“Liverpul” “Real Madrid”i “talayır” – 2 transfer birdən

İdman

29 Sentyabr 2026 09:47 62


İngiltərənin "Liverpul" klubu hücum xəttindəki zədələr və yarımmüdafiəni gücləndirmək məqsədilə "Real Madrid"in iki futbolçusunu diqqətdə saxlayır.

“Yeni Sabah” xəbər verir ki, hücumdakı itkilərdən sonra mərkəz mövqeyini gücləndirmək istəyən Mersisayd təmsilçisi İspaniya klubunun gənc istedadı Endriki transfer etməyi planlaşdırır. "Kral klubu"nun qışda braziliyalı hücumçunun icarəsi və ya satışı ilə bağlı təklifləri dəyərləndirməyə hazır olduğu bildirilir.

Eyni zamanda, "Liverpul" madridlilərin fransalı yarımmüdafiəçisi Orelien Çuameni ilə də maraqlanmağa davam edir. Yayda aparılan danışıqlardan sonra futbolçunun nümayəndələri ilə təmasları saxlayan İngiltərə klubu Çuameninin Madriddəki vəziyyətindən asılı olaraq bu keçidi yenidən gündəmə gətirə bilər. pizza mizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!