Lokbatanda yanan anbar məşhur mağazalar şəbəkəsinə məxsusdur

saytların hazırlanması

Evə çatdırılma

Lokbatanda yanan anbar məşhur mağazalar şəbəkəsinə məxsusdur

Hadisə

12 May 2026 13:00 154


“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”.

“Yeni Sabah”ın xəbərinə görə, bu barədə “Kontakt Home” mağazalar şəbəkəsi məlumat yayıb.

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Operativ müdaxiləyə görə təcili yardım və yanğından mühafizə xidmətlərinə təşəkkür edirik”, - açıqlamada qeyd olunub. Marqarita pizza

Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər:

“Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”.

Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarlardan birində güclü yanğın baş verib. Hadisə yerinə çoxsaylı yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Hazırda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!