Lukaşenko baş nazir müavinini hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko baş nazir müavinini hədələdi

Siyasət

18 Fevral 2026 00:43 626


Ölkənin daha bir böyük magistral istilik xəttində qəza baş verəcəyi təqdirdə Baş nazirin müavini Viktor Karankeviçi divara söykəyəcəm.

"Yeni Sabah" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, istilik və elektrik şəbəkələri modernləşdirilməlidir: pizza mizza

"Ötən ay Minskdə istilik magistralı partladı. Bu bir daha baş verməməlidir. Minskdə istilik magistralının partlamasından sonra həm Baş nazir Aleksandr Turçin, həm də Baş nazirin müavini Karankeviçlə ciddi bir söhbətim oldu. Söhbətimizə qulaq assaydınız, dəhşətə gələrdiniz. Mən Karankeviçə dedim: Belə bir partlayış bir daha baş versə, səni divara söykəyəcəm"

Belarus lideri enerji şirkətlərinin şaxtalı havada istilik sistemlərində təzyiqi artıraraq qapalı məkanların temperaturunu 25 dərəcəyə qaldırmasını tənqid edib. "Təzyiq dəlicəsinə idi; borular buna dözə bilmədi, hər şey partladı", - deyə Lukaşenko izah edib. Eyni zamanda, o, büdcə vəsaitləri hesabına irimiqyaslı istilik və elektrik təchizatı qurularkən enerji şirkətlərinin qazanc əldə etdiyini etiraf edib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!