Rusiya Rostov-Dondakı hava hərəkətinin idarə edilməsi mərkəzinə dron hücumundan sonra cənub bölgələrində hava hərəkətinə məhdudiyyətlər tətbiq edir.
"Yeni Sabah" xəbər verir ki, mərkəz gündə 2000-ə qədər mülki uçuşu, o cümlədən 1000-ə qədər tranzit uçuşu əlaqələndirir.
Pilotlara verilən NOTAM-a görə, Rusiyanın cənubu üzərindəki səma mayın 11-i saat 23:59-a qədər mülki təyyarələr üçün bağlanacaq. Məhdudiyyətlər həmçinin məhdudlaşdırılmış ərazidən digər ölkələrə gedən tranzit uçuşlara da təsir edəcək. pizza mizza
"FlightRadar" məlumatlarına görə, Rusiyanın cənub bölgələri üzərindən uçuşlar hazırda faktiki olaraq dayandırılıb.
Ümumən uçuş qadağası 13 hava limanına şamildir: Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista. Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, 80-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib, ən azı 14 min sərnişin uçuşlarını gözləməkdə çətinlik çəkir.
Telegram kanalımız