“Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanovla may ayının 31-də başa çatacaq müqavilənin müddətinin uzadılmamasına qərar verilib.
Yenisabah.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Qeyri-rəsmi məlumata görə, 49 yaşlı M.Qurbanov “Səbail”in baş məşqçisi təyin ediləcək.
Qeyd edək ki, 2018-ci ildən “Neftçi-2”ni çalışdıran Mahmud Qurbanov 2020/21 mövsümündə əvəzedici komanda ilə I Divizionun qalibi olub.
P.S.“Səbail” klubunun saytı M,Qurbanovun baş məşqçi təyin edilməsiylə bağlı məlumat yayıb.
Telegram kanalımız