Mais Ağayevə   YENİ VƏZİFƏ VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Mais Ağayevə YENİ VƏZİFƏ VERİLDİ

Sosial

20 Avqust 2026 21:29 248


Mais Ağayev uzun fasilədən sonra televiziya fəaliyyətinə qayıdıb.

"Yeni Sabah" xəbər verir ki, Mais Ağayev BTV-nin baş redaktoru vəzifəsinə təyin edilib.

Təyinatla bağlı BTV-nin təsisçisi və baş direktoru Sahil İmanov və direktor Tahirə Məmmədqızı tərəfindən müvafiq qərar imzalanıb. Toyuqlu pizza

Qərara əsasən, Mais Ağayev BTV-nin baş redaktoru vəzifəsini icra etməklə yanaşı, kanalın xəbər-informasiya proqramının aparıcısı kimi də fəaliyyət göstərəcək.

Mais Ağayevin yeni vəzifədə əsas fəaliyyət istiqamətləri BTV-nin informasiya siyasətinin həyata keçirilməsi, xəbər və informasiya proqramlarının hazırlanması, redaksiya fəaliyyətinin təşkili və efir məhsullarının peşəkar səviyyəsinin təmin edilməsindən ibarət olacaq.

Qeyd edək ki, Mais Ağayev uzun illər televiziya sahəsində fəaliyyət göstərib. Onun BTV-yə qayıdışı kanalın informasiya və xəbər istiqamətinin daha da gücləndirilməsi məqsədi daşıyır./NOCOMMENT.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!