Makronun çıxışına imkan verilmədi

saytların hazırlanması

Evə çatdırılma

Makronun çıxışına imkan verilmədi

Dünya

12 Aprel 2023 12:15 606


Haaqadakı etirazçılar Fransa prezidenti Emmanuel Makronun “Nexus” İnstitutunda çıxış etməsinə icazə verməyiblər.

Yenisabah.az “France-Presse”ə istinadla xəbər verir ki, bir qrup tədbir iştirakçısı Makronu etirazçılara qarşı zorakılıqda və demokratik prinsipləri pozmaqda ittiham edib.

Tədbirin əvvəlində Fransa prezidenti tədbir iştirakçılarına təşəkkür etdikdən sonra zaldan ittiham nidaları eşidilməyə başlayıb. Fəallardan biri Fransanın “demokratiyanı itirdiyini” deyib və bunda birbaşa Makronu təqsirləndirib. pizza hut

Digər fəal Fransa liderini “zorakılıq və riyakarlıq prezidenti” adlandıraraq, ondan dövlət başçısı postunu tərk etməyi tələb edib.

Bundan əlavə, fəallar şüarlı pankartlar açmağa çalışsalar da, mühafizəçilər buna mane olublar. Sonda şüarlar kəsildikdən sonra Makron çıxışına başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!