Malayziyada ölüm hökmü ləğv edilir

saytların hazırlanması

Evə çatdırılma

Malayziyada ölüm hökmü ləğv edilir

Dünya

11 İyun 2022 08:30 936


Malayziya hökuməti məcburi ölüm hökmünü ləğv edəcəyini açıqlayıb.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu Malayziyanın ədliyyə naziri Van Cunaidi Tuanku Cəfər deyib.

Onun sözlərinə görə, ağır cinayətlərə görə verilən məcburi ölüm hökmləri məhkəmələrin mülahizəsinə əsasən alternativ cəzalara dəyişdiriləcək: pizza hut

“Bu, hökumətin cinayət ədliyyə sisteminin təkmilləşdirilməsində şəffaflığını əks etdirən bütün tərəflərin hüquqlarını qorumaq və təmin etmək öhdəliyini göstərir”.

Bəyanatda qeyd olunub ki, ölüm cəzası nəzərdə tutan bir sıra cinayətlər, o cümlədən narkotiklərlə bağlı cinayətlər üzrə müvafiq qanunlara dəyişiklik edilərək, alternativ cəzalar ilə bağlı əlavə araşdırmalar aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!