Noyabrın 3-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
“Yeni Sabah” xəbər verir ki, buraxılışın ümumi məcmu nominal dəyəri 200 milyon manat təşkil edir. Hərraca nominal dəyəri 100 manat olan 2,000,000 ədəd kuponlu dövlət istiqrazı çıxarılacaq.
İstiqrazların tədavül müddəti 1080 gün (3 il), illik kupon dərəcəsi isə 7.0% müəyyən edilib. Kupon ödənişləri altı aydan bir olmaqla 2027-2029-cu illəri əhatə edəcək, əsas məbləğ isə 3 noyabr 2029-cu il tarixində ödəniləcək. pizza hut
Hərracın şərtlərinə əsasən, qeyri-rəqabətli sifarişlər buraxılışın maksimum 20%-i həcmində qəbul edilə bilər. Sifarişlərin həcmi təklif olunan məbləğin 20%-indən az olarsa, Emitent onları qəbul etməmək hüququna malikdir.
Eyni zamanda, tələb təklifi üstələyərsə və qiymət Maliyyə Nazirliyini qane edərsə, təklif edilən istiqrazların həcmi 100 faizədək (400 milyon manata qədər) artırıla bilər.
Cəlalə Cəlalqızı
Telegram kanalımız