"Apple"ın planşet almaq istəyənlərə pis xəbəri var.
“Yeni Sabah” xəbər verir ki, şirkət Türkiyədə satılan bütün "iPad" modellərinin qiymətini artırıb.
Bəzi modellərin qiyməti 2 min dolları keçib. pizza sifarişi
Qiymət artımı "Apple"ın oktyabrın 26-da yeni "iPad Mini" modelini təqdim etməsindən 2 gün sonra baş verib. Bütün "iPad" cihazlarının qiymətləri yenilənib. Bununla belə, "iPhone", "MacBook", "AirPods" və "Apple Watch" məhsullarının qiymətində dəyişiklik edilməyib.
128 GB yaddaşa malik 11 düymlük "iPad"-in qiyməti 29 min 999 lirədən 31 min 999 lirəyə yüksəlib. Bu məbləğ təxminən 641 dollara bərabərdir. 11 düymlük "iPad Air M4" modelinin qiyməti 47 min 999 lirədən 52 min 499 lirəyə qalxıb. Bu da təxminən 1 052 dollar edir.
Daha bahalı modellərdə də qiymət artımı qeydə alınıb. 256 GB yaddaşa malik 11 düymlük "iPad Pro M5"-in qiyməti təxminən 1724 dollara, 13 düymlük versiyasının qiyməti isə 2165 dollara çatıb.
"Apple"ın yeni təqdim etdiyi "iPad Mini A20 Pro" modeli isə 48 min 999 lirə, yəni təxminən 982 dollar qiymətinə satışa çıxarılıb.
Yeni "iPad Mini" əvvəlki modellərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. "Apple"-ın rəsmi məlumatına görə, cihaz 8,5 düymlük OLED ekran, A20 Pro prosessoru və IP67 qoruma səviyyəsi ilə təchiz edilib. Planşet Wi-Fi 7 və Bluetooth 6 dəstəyinə malikdir.
Yeni modelin ABŞ bazarında başlanğıc qiyməti 699 dollardır. Türkiyədə isə eyni cihaz üçün təxminən 982 dollar ödəmək lazım gələcək. Bu fərq ölkələr arasında qiymət siyasətinin və vergi yükünün eyni olmaması ilə bağlıdır.
"Apple" planşetlərinin qiymətini sonuncu dəfə 2026-cı ilin iyununda da artırmışdı. Həmin vaxt qiymətlər təxminən 25 faiz yüksəlmişdi. Son dəyişiklikdən sonra giriş səviyyəli 11 düymlük "iPad"in qiyməti beş ay ərzində ümumilikdə 40 faiz bahalaşıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız