Dünya enerjidaşıyıcıları bazarında 2026-cı il 30 oktyabr tarixinə olan əsas etalon markalı neftin qiymətlərində artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, “WTI” (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1.16 dollar və ya 1.14% artaraq 103.16 dollara yüksəlib. Şimal Dənizi “Brent” markalı neftin qiyməti isə 1.15 dollar (1.00%) artaraq 116.03 dollar/barel səviyyəsində qərarlaşıb.
Dünya bazarındakı ümumi yüksəliş meylinə baxmayaraq, Azərbaycanın “Azeri Light” markalı xam neftinin qiymətində cüzi azalma qeydə alınıb. Belə ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 1.08 dollar və ya 0.70% ucuzlaşaraq 152.49 dollar təşkil edib. pizza sifarişi
Telegram kanalımız