“TikTok”da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı

Kriminal

30 Oktyabr 2026 08:13 100


Astara rayonunda "TikTok"da başqa qadınla yazışan kişi həyat yoldaşını döyərək onun qolunu sındırıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Şuvi kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Sahib İsmayılov (şərti ad və soyad - red.) evlidir və bu nikahdan beş övladı var. O, 2022-ci ildə həyat yoldaşını döydüyünə görə məsuliyyətə cəlb edilib. Barəsində cinayət işi başlanıb və o, azadlıqdan məhrum edilib. Sahib İsmayılov 2025-ci ildə elan olunan amnistiya aktı əsasında cəzasının çəkilməmiş hissəsindən azad olunub. Marqarita pizza

Məlumata görə, bir müddət əvvəl "TikTok"da canlı yayım zamanı bir qadın Sahib İsmayılova hədiyyə olaraq "gül" göndərib. Daha sonra kişinin həmin qadınla yazışdığını görən həyat yoldaşı buna əsəbiləşərək evdəki "Wi-Fi"ı söndürüb.

Bundan qəzəblənən Sahib İsmayılov həyat yoldaşını döyüb. Daha sonra odun parçası ilə qadının qolunu sındırıb.

Faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Sahib İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Cinayət işi məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə S.İsmayılov yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib./oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!