102, 130, 142 və 159 nömrəli avtobuslar   bu ərazidən ÇIXARILIR

saytların hazırlanması

Evə çatdırılma

102, 130, 142 və 159 nömrəli avtobuslar bu ərazidən ÇIXARILIR

Avto

30 Oktyabr 2026 09:59 99


“20 Yanvar” metrostansiyası ilə “Şamaxinka” arasındakı dayanacaq məntəqəsindən daha 4 avtobus marşrutu çıxarılır.

“Yeni Sabah” xəbər verir ki, məqsəd sərnişinlərin avtobuslara daha rahat və maneəsiz minib-düşməsini təmin etməkdir.

Dəyişikliklər noyabrın 2-dən qüvvəyə minəcək. Belə ki, 102, 130, 142 və 159 nömrəli marşrutlar Moskva prospektində yerləşən “14 saylı notariat ofisi”nin yanındakı dayanacaqda saxlamayacaq. pizza sifarişi

Qeyd olunan dəyişiklikdən sonra 102 və 159 nömrəli marşrutların sərnişinləri avtobuslara “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında, ADSEA binasının qarşısında və ya “Şamaxinka” ərazisində, “Alov zavodu”nun üzbəüzündə minə biləcəklər.

130 və 142 nömrəli marşrutlardan istifadə edən sərnişinlər isə “Azərbaycanfilm Kinostudiyası” dayanacağından yararlana biləcəklər. Bu marşrutların növbəti dayanacağı da “Şamaxinka” ərazisində, “Alov zavodu”nun qarşısında yerləşəcək.

Sərnişinlərə marşrut dəyişikliklərini nəzərə almaları tövsiyə olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!