Şirniyyat və kərə yağında gizli təhlükə? –   Diqqətli olun!

saytların hazırlanması

Evə çatdırılma

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun!

Sağlamlıq

30 Oktyabr 2026 09:40 103


Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

“Yeni Sabah” xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl palma yağının qida məqsədilə istifadəsi və mümkün riskləri barədə fikirlərini bölüşüb.

Həkim bildirib ki, qida üçün nəzərdə tutulan palma yağının məhsulların tərkibində istifadə edilməsi özlüyündə problem deyil. Onun sözlərinə görə, əsas məsələ texniki palma yağının qida istehsalında istifadə olunması ehtimalıdır. Marqarita pizza

V. İsmayıl qeyd edib ki, palma yağı daha ucuz olduğuna görə bəzi istehsalçılar tərəfindən kərə yağı və şirniyyatların hazırlanmasında istifadə oluna bilər. Onun fikrincə, məhsulun tərkibinə palma yağı əlavə edildiyi halda bunun etiketdə göstərilməməsi istehlakçının aldadılmasıdır.

Həkim izah edib ki, texniki palma yağı ilə qida məqsədilə istifadə olunan palma yağı arasında fərq var. Qida istehsalında istifadə edilən yağın müvafiq emaldan keçməsi və tərkibindəki zərərli maddələrdən təmizlənməsi vacibdir. Bu proses əlavə xərc tələb etdiyindən qida üçün nəzərdə tutulan palma yağı texniki yağdan daha baha başa gəlir.

V. İsmayılın sözlərinə görə, palma yağının şirniyyat istehsalında istifadə edilməsinin səbəblərindən biri onun otaq temperaturunda daha bərk konsistensiyaya malik olmasıdır. Bu xüsusiyyət onu müxtəlif qənnadı məmulatlarının hazırlanması üçün əlverişli edir.

Həkim Azərbaycanda texniki palma yağının ucuz olması səbəbindən onun kərə yağı və şirniyyatların istehsalında istifadə edildiyinə dair məlumatlara inandığını bildirib.

O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini məsələni araşdırmağa, texniki palma yağının qida istehsalında istifadə edilib-edilmədiyini yoxlamağa və nəticələr barədə ictimaiyyətə şəffaf məlumat verməyə çağırıb.

V. İsmayıl hesab edir ki, araşdırmanın şəffaf aparılması əhalinin qida təhlükəsizliyinə nəzarət edən qurumlara etimadının artmasına kömək edə bilər.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!