Millimiz son oyuna çıxır

saytların hazırlanması

Evə çatdırılma

Millimiz son oyuna çıxır

İdman

30 Oktyabr 2026 09:23 68


Azərbaycan millisi U-15 dünya çempionatında bu gün sonuncu matçına çıxacaq.

"Yeni Sabah" xəbər verir ki, o, Əfqanıstan millisi ilə (83-cü yer uğrunda) qarşılaşacaq.

Görüş Hövsan Olimpiya Kompleksində, saat 11:30-da start götürəcək. Pepperoni pizza

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl keçirdiyi görüşlərdə Çili (1:3), Vyetnam (2:4) yığmalarına uduzub, Cəbəllütariq (5:1) və Mozambik (4:1) millilərinə isə qalib gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!