Birləşmiş Ərəb Əmirlikləri "Mançester Siti"inin Maliyyə Ədalətli Oyunu (FFP) qaydalarını pozması əsası ilə ağır sanksiyalara məruz qalacağı təqdirdə, Böyük Britaniyadakı strateji investisiyalarını dayandırmaqla hədələyib.
“Yeni Sabah” xəbər verir ki, müstəqil komissiya iddiaların böyük hissəsi üzrə təqsirli bilinən "şəhərlilər" xalların silinməsi, hətta Premyer Liqadan kənarlaşdırılma riski ilə üz-üzədir.
Əbu-Dabi rəsmiləri London rəhbərliyinə xəbərdarlıq edərək, mühafizəkar və müdafiə daxil olmaqla müxtəlif sektorlara yatırılan milyardlarla funt-sterlinqlik layihələrin dondurula biləcəyini diqqətə çatdırıblar. Pepperoni pizza
Futboldakı maliyyə intizamı məsələsinin iki ölkə arasında kəskin diplomatik gərginliyə çevrilməsi Böyük Britaniyada böyük rezonans doğurub. "Mançester Siti" rəhbərliyi isə qərardan rəsmi olaraq apellyasiya şikayəti verdiyini elan edib.
Nazim Hacıyev
Telegram kanalımız