Maşının vurduğu Xalq artistinin son vəziyyəti necədir?

saytların hazırlanması

Evə çatdırılma

Maşının vurduğu Xalq artistinin son vəziyyəti necədir?

Hadisə

29 Avqust 2026 12:10 81


“1954-cü il təvəllüdlü şəxs (qadın) müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.

Bu barədə “Yeni Sabah” Yeni Klinikadan məlumat verilib.

Xalq artisti Şükufə Yusupova avqustun 24-də həmin xəstəxanaya təxliyə olunub. pizza hut

O, Kliniki Tibbi Mərkəzdən Yeni Klinikaya təxliyə olunub.

Xatırlatma: avqustun 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub.

Hadisə saat 18:00 radələrində Həsən Seyidbəyli küçəsində qeydə alınıb.

Həsən Hüseynli idarə etdiyi "77-UD-238" dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı minik avtomobili ilə Xalq artisti Şükufə Yusupovanı vurub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!