İranın İnqilah Keşikçiləri Korpusu (İİKK - "Sepah") Mazandaran əyalətində virtual məkanda təşkil edilmiş təxribatçı şəbəkənin zərərsizləşdirildiyini elan edib.
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, həbs olunanlar "Twitter" vasitəsilə bir neçə koordinasiya qrupları yaradıb.
"Bu şəbəkənin məqsədləri arasında hərbçilərə hücum, təhlükəsizlik mərkəzlərini tərksilah etmə, yolları və ictimai yerləri dağıtma və s. olub. Onlar məhkəmə orqanlarına təhvil verilib", - deyə İİKK-nin bəyanatında qeyd olunur. Toyuqlu pizza
Telegram kanalımız