“McDonald's” Qazaxıstanı tərk edir

saytların hazırlanması

Evə çatdırılma

“McDonald's” Qazaxıstanı tərk edir

Dünya

05 Yanvar 2023 09:17 737


Amerikanın “McDonald's” şirkəti Qazaxıstanı tərk etmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, Qazaxıstanda Amerika “fast food” restoranları şəbəkəsinin mümkün bağlanmasının əsas səbəblərindən biri ərzaq təchizatında yaranan fasilələrdir. Sezar pizza

“McDonald's” rəhbərliyi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Qazaxıstanda 24 “McDonald's” restoranının sahibi olan yerli "Food Solutions KZ LLP" şirkətinə Rusiyadan ət məhsulları almağı qadağan edib.

Agentliyin məlumatına görə, Qazaxıstan şirkəti tədarük zəncirini yenidən qura bilməyib. Çünki məhsulların Avropadan alınması və daha yüksək qiymətə çatdırılması Qazaxıstandakı restoranların zərərlə işləməsinə gətirib çıxaracaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!