Məcnun Məmmədov: Kənd təsərrüfatında istifadə olunan suyun həcmi ölçüləcək

saytların hazırlanması

Evə çatdırılma

Məcnun Məmmədov: Kənd təsərrüfatında istifadə olunan suyun həcmi ölçüləcək

Sosial

05 Oktyabr 2026 14:24 98


Azərbaycanda kənd təsərrüfatında istifadə olunan suyun həcmi ölçüləcək.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Onun sözlərinə görə, su təminatına dair əsas bir neçə istiqamət var: Sezar pizza

"Söhbət ilk növbədə, mümkün qədər müxtəlif ölçülü su rezervuarlarının - kiçik, orta və iri su rezervuarlarının yaradılmasından gedir. İkinci istiqamət, su nəqlinin mənbədən sahəyə qədər mümkün qədər qapalı şəraitdə həyata keçirilməsi ilə bağlıdır. Bununla su itkisi azalacaq. Üçüncüsü isə sahədə qapalı şəbəkənin qurulmasıdır. Dördüncü istiqamət müasir suvarmanın tətbiqinin genişləndirilməsi ilə əlaqədardır. Sonuncu, yəni beşinci məsələ həmin müasir suvarma sistemlərində istifadə olunan su həcmlərinin ölçülə bilən olmasıdır".

Nazir bildirib ki, hazırda ölkədə su ehtiyatlarının 70%-nin xaricdə formalaşdığı nəzərə alınmalıdır:

"Ölkədə istifadə olunan suyun 70%-i və hətta daha çoxu kənd təsərrüfatında istifadə olunur. Biz ailə təsərrüfatlarında, ev təsərrüfatlarında və sənayedə istifadə olunan suyun 30%-ini ölçürük, amma kənd təsərrüfatında istifadə olunan suyun birbaşa sahədə, fermer təsərrüfatında nə qədər olduğunu ölçmürük".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!