Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tabeliyində olan tibb müəssisələrinin 2026-cı il üçün dərman vasitələri, sərfiyyat materialları və reaktivlərin satınalınması üzrə işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, “AZƏRİ MED” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tərəflər arasında ümumi dəyəri 4 014 678,67 manat təşkil edən müqavilə imzalanıb. Müqavilə çərçivəsində Muxtar Respublikanın tibb müəssisələrinin il ərzində zəruri tibbi ləvazimatlar və dərman preparatları ilə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, “Azəri Med” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Qax rayonunda aptek təşkilatlarının tələblərini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən şirkətin Qax şəhərində yerləşən aptekində keçirilən yoxlama zamanı reseptlə satılmalı olan dərman preparatının reseptsiz satıldığı müəyyən edilib. Pepperoni pizza
Aşkar olunmuş qayda pozuntusuna görə şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə protokol tərtib edilib və Qax Rayon Məhkəməsinin qərarı ilə “Azəri Med” MMC 150 manat məbləğində cərimələnib.
Xatırladaq ki, farmasevtik preparatların satışı ilə məşğul olan və “Zəfəran” apteklər şəbəkəsinə nəzarət edən “Azəri Med” MMC-nin nizamnamə kapitalı 8.2 milyon manat, qanuni təmsilçisi isə Famil Rəhimlidir. Şirkət eyni zamanda dövlət qurumlarının keçirdiyi iri həcmli tibbi satınalma tenderlərinin əsas qaliblərindən biridir.
Telegram kanalımız