Məhkəməlik olan şirkət ATU ilə müqavilə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Məhkəməlik olan şirkət ATU ilə müqavilə imzaladı

İqtisadiyyat

02 Oktyabr 2026 09:17 78


Azərbaycan Tibb Universiteti (ATU) mətbəə üçün lazım olan avadanlıqlar və materialların satın alınması ilə bağlı işlər həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, satınalma üzrə keçirilən müsabiqənin qalibi “Kaspian Standart” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında ümumi dəyəri 272 642,54 manat təşkil edən müqavilə imzalanıb.

Qeyd edək ki, sözügedən şirkət barəsində bir neçə il əvvəl gömrük qaydalarını pozduğu üçün (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) inzibati xəta protokolu tərtib olunub. İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə irəli sürülən iddia üzrə iş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun icraatında olub. Sözügedən maddəyə əsasən, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir. Sezar pizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!