Müdafiə Nazirliyi yanğınsöndürən balonların və digər yanğınla mübarizə vasitələrinin satın alınmasını həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, satınalma çərçivəsində “SAFE LİFE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Müdafiə Nazirliyi arasında ümumi dəyəri 261 000 AZN təşkil edən müqavilə imzalanıb.
Qeyd edək ki, sözügedən şirkət barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta protokolu da tərtib edilib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında 5 gün müddətində məlumatın verilməməsi) maddəsi ilə təqsirli bilinir. Hüquqi şəxslər üçün 300 manat cərimə nəzərdə tutan bu işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində (hakim Abbas Rzayev) baxılır. pizza sifarişi
Cəlalə Cəlalqızı
Telegram kanalımız