Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət etdi

Sosial

26 Avqust 2026 17:17 99


Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər.

"Yeni Sabah" xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezident Mehriban Əliyevaya İnstitutun fəaliyyəti barədə məlumat verdi.

Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrdən çoxdur uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir. pizza

Hazırda elmi-metodik mərkəz kimi fəaliyyət göstərən bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilib. Burada uşaqların müalicə-profilaktikası ilə yanaşı, pediatriya sahəsində peşəkar tibbi kadrların hazırlanması, elmi tədqiqatların aparılması, mövcud tibb təhsilinin təkmilləşdirilməsi həyata keçirilir. İnstitutda 255 çarpayılıq klinik şöbələr, elmi və bir çox paraklinik bölmələr var. Yenidoğulanların 60 çarpayılıq reanimasiyası və intensiv terapiyası şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir.

Birinci vitse-prezident və qızları ziyarət zamanı institutda yaradılmış şəraitlə tanış olublar. Həmçinin gələcəkdə fəaliyyətin təkmilləşdirilməsi üçün instituta avadanlıqlar – süni ventilyasiya aparatları hədiyyə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!