Azərbaycanda biabırçılıq: Məktəbdə şagirdin şalvarını soyundurub videoya çəkiblər   - Şok iddia +VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda biabırçılıq: Məktəbdə şagirdin şalvarını soyundurub videoya çəkiblər - Şok iddia +VİDEO

Sosial

07 Dekabr 2021 15:45 3482


Bakının 282 saylı orta məktəbində şagird sinif yoldaşlarına qarşı təhqiramiz hərəkətlər edib. Qız uşaqlarını söyməkdən başqa, o, sinifdə şalvarını çıxarıb. Bu azmış kimi həmin şagirdin anası da məktəbdə gələrək dava salıb, müəlimlərə qarşı təhqiramiz ifadələr işlədib.

Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib ki, Bakı məktəblərində tərbiyə işi çox zəifdir:

“Bu hadisə nə birincidir, nə də sonuncu. Bir qədər bundan öncə başqa məktəbdə də oxşar hal yaşnmışdı. Mərci uduzduğuna görə şagirdin şalvarını çıxarıb videoya çəkmişdilər.  Sezar pizza

Bakı Şəhər Təhsil İdarəsində bu sahəyə nəzarət edəcək sektor müdirləri, məsləhətçilər var. Hamısı vəzifəsindən bixəbər insanlardır. Kiminsə adamı, tanışı olduğuna görə təyin olunublar. Məktəb işindən səriştələri belə yoxdur. 

Son illərdə Təhsil Nazirliyinin bütün fəaliyyəti kadrlarının dəyişilməsindən ibarət olub. Məktəb direktorları, müavinləri işdən çıxarılıb, yerinə yeniləri gətirilib. Yenilər də tələblərə cavab vermir. 

Direktorluq bal toplamaqla olmur. Təcrübə göstərir ki, yeni təyin olunan əksər məktəb direktorlarının tərbiyəsi yerində deyil”.

E.Qafarov qeyd edib ki, bizim məktəblərdə şagidlərə intizam tənbehi verilmir:

“Hazırki vəziyyətdə şagirdlə bağlı hər hansı hüquqi məsuliyyət görmək mümkün deyil. Şagirdin vəzifələri, hüquqi məsuliyyəti yoxdur. Məktəblərdə şagirdlərə intizam tənbehi verilmir. Halbuki sovet təhsili sistemində bu qayda mövcud idi”.

Nəzrin Vahid 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!