“Şahmat fənninin tədris olunması üçün xüsusi məktəblər var. Kiminsə marağı varsa, şahmat məktəbinə gedərək biliklərini təkminləşdirə bilər".
Bunu Yenisabah.az-a təhsil eksperti Elçin Əfəndi bildirib.
O, son günlər orta məktəbdə şajmatın ayrıca fənn kimi tədris olunması təklifinə münasibət bildirib. pizza
Xatırladaq ki, təklifi Bəhram Bağırzadə səsləndirib. Elm və təhsil nazirinə müraciət edən "Bakılı oğlan"a sonradan məlum olub ki, hazırda şahmat dərsdənkənar məşğələ kimi şagirdlərə keçilir.
Şahmatın ayrıca fənn kimi tədrisinə valideynlər arasında münasibət ikilidir. Şagirdlərin ata və anaları bu ideyanı bütünlüklə dəstəkləmir. Onların böyük bir qrupu hesab edir ki, şahmatın əlavə fənn kimi tədrisi onsuz da ağır tədris proqramı ilə üzləşmiş şagirdlər üçün əlavə yükdürü.
E. Əfəndi bununl bağlı deyib: "Şahmatın məktəblərdə ayrıca fənn kimi tədris olunmasının lehinə deyiləm. Uşaqların dərs yükü kifayət qədər çoxdur. Bununla paralel məktəbdə fiziki tərbiyə fənni tədris olunur və müəyyən qruplar ayrılır. Əgər kiminsə futbol, basketbol və s. başqa, şahmata marağı varsa, bu istiqamətdə məşğul ola bilər.
Bu gün ölkədə 1 milyon 600 min şagird təhsil alır, onların heç birini zorən şahmata istiqamətləndirə bilmərik.
Fənn sayları tam qaydasındadır. Əlavə fənn artırılması olarsa, şagirdlərin daha çox psixologiya fənninə ehtiyacı var. Yəni onlar yaş psixiologiyası, uşaq psixiologiyası ilə bağlı müəyyən məlumat əldə etsə, daha yaxşı olar. Cəmiyyətdə araşdırma aparsaq, psixiologiyanın tədris olunmasını istəyənlərin şahmatın tədris olunmasını istəyənlərdən dəfələrlə çox olduğu aşkarlanar.
Üstəlik, fənnlərin hər biri qaydasındadır, ancaq ev tapşırıqlarının həcmi azaldılsa daha yaxşı olar. Ümumiyyətlə, ev tapşırıqlarının ləğv olunması daha məqsədəuyğundur”.
Pünhan HƏSƏNOVA
Telegram kanalımız