Məktəbə yox hazırlığa gedən şagirdlərə   NAZİRDƏN SƏRT MESAJ

saytların hazırlanması

Evə çatdırılma

Məktəbə yox hazırlığa gedən şagirdlərə NAZİRDƏN SƏRT MESAJ

Sosial

14 Sentyabr 2026 16:15 337


Təmayül siniflərinə daha yüksək nəticə göstərən və bacarıqlı şagirdlərin qəbul edilməsi nəzərdə tutulur.

"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təmayül siniflərinin fəaliyyəti ilə bağlı sualı cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, dövlət ilkin mərhələdə təmayül siniflərini məhdud sayda təqdim edir və bu imkan ilk növbədə daha bacarıqlı şagirdlər üçün nəzərdə tutulur. pizza mizza

Emin Əmrullayev bildirib ki, əsas məqsəd hər bir şagirdin gələcəkdə dövlət müəssisəsində ali təhsilə hazırlaşmaq imkanının yaradılmasıdır. Onun sözlərinə görə, təmayül sinifləri üzrə ilk pilot layihə özünü doğruldub və hazırda bu model genişləndirilir.

Nazir qeyd edib ki, məqsəd 9-cu sinfi bitirən şagirdlərin qarşısında iki seçim yaratmaqdır. Ali təhsil müəssisəsinə dövlət məktəbində hazırlaşmaq istəyənlər təmayül siniflərini seçə, burada ali məktəbə qəbul istiqamətində xüsusi proqram əsasında təhsil ala bilərlər.

Əmrullayevin sözlərinə görə, problem şagirdlərin repetitor yanına getməsi deyil, onların adlarının məktəbdə olub, faktiki olaraq dərslərə gəlməməsidir.

"Bizim həll etmək istədiyimiz problem budur. Uşaqların adları məktəblərdədir, amma özləri repetitor yanındadır. Bu səhvdir", - deyə nazir bildirib.

O vurğulayıb ki, dövlət məktəbində keyfiyyətli təhsil təmin edilirsə, şagirdin dərslərdə iştirak etməsi vacibdir. Əgər şagird məktəbdə verilən təhsili yetərli hesab etmir və kənarda hazırlığa üstünlük verirsə, bu halda dövlət vəsaitinin həmin şagird üçün necə ayrılması məsələsinə yenidən baxılmasının mümkün olduğunu bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!