Valideynlərin etibarlı seçiminə çevrilən “Məktəbim” məktəbəqədər inklüziv təhsil və uşaq inkişaf mərkəzinin Nəsimi filialında yeni tədris ili üçün şagird qəbulu davam edir.
“Yeni Sabah” xəbər verir ki, qadın sahibkarlar tərəfindən idarə olunan və uşaqyönümlü yanaşması ilə seçilən “Məktəbim” təhsil mərkəzləri şəbəkəsi uşaqların erkən yaş dövründə hərtərəfli inkişafını dəstəkləyən müasir təhsil proqramları təqdim edir. Mərkəz 2-6 yaş arası uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv mühitdə təhsil almasına şərait yaradır.
Mərkəzdə məktəbəqədər təhsil, mini bağça, dayə xidməti, ibtidai sinif şagirdləri üçün “After School” proqramı, loqoped və defektoloq xidmətləri, psixoloji dəstək, art terapiya və digər inkişafetdirici fəaliyyətlər təşkil olunur. Pepperoni pizza
“Məktəbim”in təhsil proqramı “UAFA” təşkilatının yerli və beynəlxalq ekspertləri tərəfindən hazırlanmış və dünyanın 30-dan çox ölkəsində uğurla tətbiq olunan “Addım-addım” metodologiyasına əsaslanır. Bu yanaşma uşaqların fərdi xüsusiyyətlərini nəzərə almaqla onların sosial, emosional və intellektual inkişafını dəstəkləyir.
Mərkəzin əsas üstünlükləri sırasında uşaqların real həyata hazırlanması, müəllimlərin mütəmadi peşəkar hazırlığı, inklüziv təhsil imkanları, dövlət standartlarına uyğun tədris proqramları və təhlükəsiz inkişaf mühitinin yaradılması xüsusi yer tutur.
“Məktəbim”də valideynlərlə əməkdaşlığa da böyük önəm verilir. Mərkəz valideynlərin maarifləndirilməsi, düzgün tərbiyə metodlarının təşviqi və valideyn icmalarının formalaşdırılması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirir.
Qeyd edək ki, insan beyninin ən sürətli inkişaf etdiyi dövr 0-6 yaş aralığını əhatə edir. Bu səbəbdən erkən yaşlarda keyfiyyətli təhsil və düzgün istiqamətləndirmə uşaqların gələcək uğurlarının əsasını təşkil edir.
Şagird qəbulu ilə bağlı ətraflı məlumat almaq istəyən valideynlər “Məktəbim” Nəsimi filialına müraciət edə bilərlər.
Ünvan: Nəsimi rayonu Asif Məhərrəmov 32a
Tel: 051-546-95-13, 050-291-78-12
Telegram kanalımız