Müəllimlərin geyimi ilə bağlı   Rəsmi Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin geyimi ilə bağlı Rəsmi Açıqlama

Sosial

14 Sentyabr 2026 15:41 246


Məktəblərdə müəllimlərin geyimi ilə bağlı yeni tələblər yaxın günlərdə qüvvəyə minə bilər.

"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, qanunvericilikdə təhsilverənlərin geyim formaları ilə bağlı müəyyən dəyişikliklər edilib və hazırda bu istiqamətdə yeni qaydaların qüvvəyə minməsi gözlənilir. Dominos pizza

Emin Əmrullayev qeyd edib ki, söhbət müəllimlər üçün vahid geyim formasının tətbiqindən getmir. Yeni qaydalarda əsasən müəllimlərin geyiminə dair tələblər müəyyənləşdiriləcək. Onun sözlərinə görə, müəllimlərin geyimi məktəb mühitinə, tədris prosesinə və şagirdlərin davranışına təsir göstərir.

Nazir yeni qaydalar qüvvəyə mindikdən sonra bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib.

E.Əmrullayev sertifikatlaşdırma imtahanlarında sağlamlıq problemi yaşayan müəllimlərə güzəştlərlə bağlı suala da cavab verib.

Nazir bildirib ki, sertifikatlaşdırmanın əsas məntiqi müəllimin dərs otağına daxil olaraq şagirdlərə dərs demək iqtidarında olub-olmadığını müəyyənləşdirməkdir.

Onun sözlərinə görə, müəllim səhhətinə görə dərs deyə bilmirsə, müvafiq sənədlər əsasında sertifikatlaşdırmaya cəlb olunmur. Lakin müəllim dərs deməyə imkan tapır, yalnız imtahan verməkdə çətinlik çəkirsə, bu halda vəziyyət fərqli qiymətləndirilə bilər.

Nazir qeyd edib ki, ayrı-ayrı hallara insan amili nəzərə alınmaqla baxılır və müəllimlərə sertifikatlaşdırmadan keçmək üçün iki il müddət verilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!