Məktəblərdə şagird sıxlığı ilə bağlı gözlənilməz rəqəm – Nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə şagird sıxlığı ilə bağlı gözlənilməz rəqəm – Nazir açıqladı

Sosial

14 Sentyabr 2026 16:58 58


Azərbaycanda siniflərin 99 faizində şagird sayı 40 nəfərdən azdır.

"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinq zamanı siniflərdə şagird sıxlığı ilə bağlı suala cavabında deyib.

Nazirin sözlərinə görə, hazırda ölkədə təxminən 80 min sinif var və onlardan cəmi 600-də şagird sayı 40 nəfərdən çoxdur. Marqarita pizza

"Bu da həmin siniflərin heç 1 faizini təşkil etmir. Ümumilikdə bu siniflərdə təxminən 24 min, 24 mindən bir az çox şagird təhsil alır ki, bu da ümumi şagirdlərin 1,5 faizidir", - deyə Əmrullayev bildirib.

O qeyd edib ki, bu rəqəmlər ölkədəki şagirdlərin 98,5 faizinin 40 nəfərdən az şagird olan siniflərdə təhsil aldığını göstərir.

Nazir vurğulayıb ki, 40-dan çox şagirdin olduğu siniflərdə sıxlıq problemi mövcuddur və həmin siniflər üzrə məqsədyönlü iş aparılır.

"99 faiz uşaq 40-dan az olan siniflərdə təhsil alır. 1 faiz belə problem var, bunu oturub yerində hədəfli işləyirik", - deyə nazir əlavə edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!