Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə üzrə təhsil ocaqlarının infrastrukturunun yenilənməsi məqsədilə iri satınalma elan edib.
“Yeni Sabah” xəbər verir ki, idarənin inzibati binasında və respublika üzrə müxtəlif təhsil müəssisələrində genişmiqyaslı təmir, eləcə də kommunal-kommunikasiya xətlərinin bərpası və qurulması işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Sözügedən işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan məbləğin ümumi dəyəri 5.227.199,68 AZN təşkil edir. Layihə məktəb və digər təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına və tədris şəraitinin müasir standartlara uyğunlaşdırılmasına xidmət edir. Sezar pizza
Telegram kanalımız