Məktəbli forması endirimlə satılır

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli forması endirimlə satılır

Sosial

15 Avqust 2025 09:22 696


Bakı Tikiş Evi məktəbli formalarının satışında fasilə olmayacağını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, iyul ayının əvvəlindən etibarən qiymətlərdə ciddi endirimlər tətbiq olunub.

Bütün jaketlərin qiyməti 10 manat ucuzlaşdırılıb. Şalvar və ətəklərdə 5 manat endirim edilib, qolu qısa köynəklərin qiyməti isə 12 manatdan 8 manata endirilib. pizza mizza

Bakı Tikiş Evi rəhbərliyi vurğulayıb ki, endirimlərin əsas məqsədi məktəbli formalarının hər kəs üçün əlçatan olmasını təmin etmək və bazarda saxta formaların satışına olan tələbi minimuma endirməkdir.

Qeyd: Standart, yəni 26–54 ölçüdən böyük (56, 58, 60 ölçü) şalvar, ətək və polo köynəklərə artıq parça sərfiyyatı səbəbindən standart qiymətə 5 AZN əlavə olunur.

Aytac Əliyeva

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!