Məktəblilərin tətil günləri dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilərin tətil günləri dəyişdirildi

Sosial

11 Sentyabr 2021 12:46 1472


Azərbaycanda məktəblilərin tətil günlərində dəyişiklik edilib

Yenisabah.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib. pizza hut

Bundan başqa ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!