Məmməd İbrahim barəsində qərar qüvvədə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Məmməd İbrahim barəsində qərar qüvvədə saxlanıldı

Siyasət

08 Dekabr 2025 15:29 542


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb. pizza sifarişi

Səbail rayon Məhkəməsinin qərarı ilə M. İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

Onların evində axtarış aparıldıqdan sonra DTX-yə aparılıblar. Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!