Məmmədyarov da həmin dairədə olub?

saytların hazırlanması

Evə çatdırılma

Məmmədyarov da həmin dairədə olub?

Siyasət

15 Oktyabr 2025 16:16 1038


Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev həbs olunub. Onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, ictimai müzakirələrdə Ramiz Mehdiyevlə birlikdə adı hallananlar içərisində sabiq nazirlər də yer alır. Onlar arasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin, sabiq nəqliyyat naziri Ziya Məmmədovun adları hallanır. Sözügedən şəxslər tez-tez mətbuatda "Rusiyanın adamları" ittihamları ilə üzləşirlər. Dominos pizza

Sosial mediada müzakirə olunur ki, Ramiz Mehdiyevin cinayət işi çərçivəsində onlar da istintaqa cəlb edilə bilər. Modern.az iddialarla bağlı Elmar Məmmədyarovla danışıb. 

O bildirib ki, Ramiz Mehdiyevlə bağlı hansısa şərh vermək niyyəti yoxdur:

"Ramiz Mehdiyev Prezident Administrasiyasından çıxandan sonra onunla nə əlaqədə saxlamışam, nə səsini eşitmişəm, nə təmasım olub, nə görüşmüşəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!