“Mən müğənni olanda, Niyam aşpaz idi”  - Qalmaqal
08 İyl 2020 16:20
1106

“Mən müğənni olanda, Niyam aşpaz idi” - Qalmaqal

Müğənni Roza Zərgərli Space telekanalında yayımlanan "Axşam-axşam" proqramında qonaq olub.

Yenisabah.az xəbər verir ki, R.Zərgərli həmkarı Niyam Salaminin onun haqqında "Dostum deyil, sənətindən danışmayacam. Yaxşı aparıcıdır" deməsinə münasibət bildirib. Xanım sınətçi Niyamın yalan söylədiyini deyib: "Xirtdəyinə kimi yalan danışır. Çox yaxın dostumdur. Sadəcə, Niyam bağında bir qazanda yemək qaynadıb yeyəni, samovar çayı içdiyini dost hesab edir. "Maşın" şouda mənə görə çıxıb gedib. Dosta görə bu addım atılar. Mən müğənni olanda, Niyam aşpaz idi. Buna nəsə demirəm. Mən də müğənni olmasaydım, aşpaz olardım. Niyam həm yaxşı müğənni, həm aşpazdır. Son günlər o qədər qara çay içir ki, fikri qaralıb".

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər