“Mən nəsə desəm də, qərar dəyişən deyil“   - Tunar Rəhmanoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Mən nəsə desəm də, qərar dəyişən deyil“ - Tunar Rəhmanoğlu

Şou

02 İyul 2021 13:11 2507


İyulun 1-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib. Artıq şadlıq evləri və restoranlarda el şənliklərinin keçirilməsi ilə bağlı qaydalar da müəyyənləşib. Yaranan əsas narazılıq isə məclislərdə maksimum 150 nəfərin iştirakı ilə bağlıdır.

Bəziləri bu qədər adamla toy keçirməyin mümkün olmadığı qənaətindədirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Tunar Rəhmanoğlu daha çox adam olduğu təqdirdə məclisin daha şən keçdiyini deyib. Dördpendirli pizza

İfaçı hələ ki, yeni qaydalarla keçirilən toylarda iştirak etmədiyini bildirib:

“Mən toylardakı adam sayının az olması ilə bağlı nəsə söyləsəm, mənim fikrimi heç kəs irəli sürməyəcək, yaxud qərar dəyişməyəcək. Ona görə də düşünürəm ki, dövlət nə qərar qəbul edirsə bizim sağlamlığımızı düşünür deyə edir. Düzü, toylara icazə verilsə də hələ məclisə gedib oxumamışam. İnşallah, gedəndə biləcəyik ki, necə olur. Başqa çarə yoxdur, ona görə buna uyğun hərəkət etmək lazımdır.

Təbii ki, məclisdə daha çox adam olanda iş məsuliyyətli olur, məclis gözəl keçir. Toy elə bir şeydir ki, məclisin yiyəsi istəyir ki, ətrafında sevdiyi hər kəs olsun. Çünki hamının arzusu-istəyi var, toy olursa, dostlar, tanışlar, rayondan qohumlar gəlib iştirak etmək istəyir. Allah özü bizə kömək olsun, görək bundan sonra necə olacaq”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!