“Məni Polad Bülbüloğlu tapşırmışdı“   - Mətanət İsgəndərli

saytların hazırlanması

Evə çatdırılma

“Məni Polad Bülbüloğlu tapşırmışdı“ - Mətanət İsgəndərli

Şou

03 İyun 2021 18:07 1598


"Çox dəhşətli günlər idi. Məni xəstəxanaya aparanda gömgöy göyərmişdim. Nəfəsim çatmırdı, süni nəfəs aparatına qoşdular”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri jurnalist Vüqar Kamiloğluna açıqlamasında koronadan sağalan əməkdar artist Mətanət İsgəndərli deyib.

O xəstəliklə mübarizə apardığı günlərdən danışıb: Marqarita pizza

“Süni nəfəsi qəbul edə bilmirdim, hər dəqiqə çıxardıb atırdım. O vəziyyətdə razı idim ki, əlimi, ayağımı kəssinlər, təki nəfəs ala bilim. Bu xəstəlik məni büsbütün haldan salıb. Məni xəstəxanada olanda dəyərli şəxsiyyət Polad Bülbüloğlu zəng vurub tapşırmışdı. Xalq artistimiz Zeynəb Xanlarova mənə zəng vurdu, səhhətimlə yaxından maraqlandı. Bilirəm ki, məni sevənlər çox narahat idi. Hamıya təşəkkürümü bildirirəm. Ötən gün bu xəstəlikdən sonra ilk dəfə toy məclisinə qatıldım. Amma çox oxumadım. Çünki bir xeyli zəifləmişəm. İnşallah zamanla toparlanaram. Vüqar, məni Allah sevənlərimə, doğmalarıma yenidən qaytardı".

 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!