DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı - Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

DƏHŞƏTLİ QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı - Ölənlər var

Hadisə

31 İyul 2026 11:18 111


Ucar rayonunda ölümlə bitən qəza olub.

“Yeni Sabah” xəbər verir ki, Bakı-Qazax magistral avtomobil yolunun Qarabörk kəndi ərazisindən keçən hissəsində Anar Şamilzadəin “Mercedes Atego”su yol kənarında dayanan Tural Məmmədov “Chevrolet”inə çırpılıb.

Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan 2 piyadanı vurub. pizza

Nəticədə piyadalardan biri elə hadisə yerində, minik avtomobilində olan sərnişinlərdən biri isə xəstəxanaya aparılarkən yolda ölüb.

Qəzada ağır bədən xəsarətləri alan Gəncə şəhər sakinləri Elmir Əsgərli, Elnur Fərəcullayev və Tural Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!