“Bank Respublika”nın “AccessBank”ın 100 faizlik səhm paketini əldə etməsi ilə bağlı razılaşmanın ölkənin bank sistemində birləşmə (konsolidasiya) meyllərini gücləndirərək, maliyyə sabitliyinin və fəaliyyət səmərəliliyinin yüksəlməsinə müsbət təsir göstərəcəyi gözlənilir.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Mərkəzi Bankın (AMB) açıqlamasına görə, bu tipli irimiqyaslı əməliyyatlara baxılarkən əsas prioritet Birləşmiş Bankın kapital ehtiyatı, likvidlik səviyyəsi, aktivlərin keyfiyyət göstəriciləri, idarəetmə standartları və risklərin tənzimlənməsi mexanizmlərinin prudensial normativlərə nə dərəcədə cavab verməsidir.
Eyni zamanda, AMB bu cür strateji addımların ümumilikdə maliyyə sektorunun möhkəmliyinə və sistem xarakterli risklərin yaranma ehtimalına təsirlərini diqqətlə nəzarətdə saxlayır. Toyuqlu pizza
Qurumdan əlavə olunub ki, birləşmə proseslərinin maliyyə sisteminin sabitliyinə risk yaratmaması, bankların sağlam inkişafının təmin edilməsi və bazarda ədalətli rəqabət balansının qorunub saxlanılması baş tənzimləyicinin diqqət mərkəzində duran əsas məsələlərdir.
Telegram kanalımız