2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev manatın məzənnəsinin 2017-ci ilin aprel ayından etibarən stabil qaldığını və ölkənin müsbət ticarət balansına malik olduğunu vurğulayıb.
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov "Facebook" səhifəsində bildirib.
Onun sözlərinə görə, milli valyutanın sabitliyi maliyyə dayanıqlığının və makroiqtisadi sabitliyin əsas sütunlarından birinə çevrilib: pizza hut
“Milli valyutanın kursuna birbaşa təsir edən əsas amil ölkəyə daxil olan xarici valyutanın həcmidir. Neftin dünya bazarındakı əlverişli qiymətləri və qeyri-neft sektorunun ixrac göstəricilərindəki artım 2026-cı ilin ilk 7 ayında xarici ticarət dövriyyəsində müsbət saldonun qorunmasını təmin edib. 2026-cı ilin 7 ayında Azərbaycanın ixracı nominal ifadədə 39%, real ifadədə isə 11% artaraq 20,1 milyard dollara yüksəlib. Qeyri neft-qaz sektoru üzrə ixrac 2 dəfə artaraq 5,9 milyard dollar təşkil edib. Analoji dövrdə ölkəyə idxal 43% azalaraq 9,8 milyard dollara düşüb. Nəticədə xarici ticarətdə 10 milyard dollardan çox müsbət saldo yaranıb.
Mərkəzi Bankın sterilizasiya tədbirləri və dollara tələbin səngiməsi nəticəsində qurumun rezervləri 2026-cı ilin 9 ayında 3,8 milyard dollar artaraq 15,3 milyard dollara çatdırılıb (2025-ci ilin sonunda bu göstərici 11,5 milyard dollar idi)”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız