Merts ABŞ prezidentinin Qəzza planını dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

Merts ABŞ prezidentinin Qəzza planını dəstəklədi

Siyasət

06 Dekabr 2025 17:11 855


Almaniya Kansleri Fridrix Merts bu gün İsrailə səfəri ərəfəsində Fələstin Prezidenti Mahmud Abbasla telefonda danışıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Almaniya hökumətinin rəsmi təmsilçisi Ştefan Kornelius jurnalistlərə bildirib ki, müzakirə dostluq şəraitində keçib. Online alış-veriş

"Kansler ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planını dəstəklədiyini deyib və Fələstin Milli Administrasiyasının (FMA) bu məsələ ilə bağlı konstruktiv mövqeyini alqışlayıb", - Nazirlər Kabinetinin rəsmisi qeyd edib.

F.Mertsin fikrincə, FMA dərhal zəruri islahatlara başlamalıdır. Kansler hesab edir ki, bu islahatlar uğurla nəticələnərsə, FMA müharibədən sonrakı quruculuq dövründə konstruktiv rol oynaya bilər:

"Məqsəd məsələnin həllinə "iki dövlət prinsipi" əsasında nal olmaqdır. Belə perspektiv israillilər və fələstinlilər üçün uzunmüddətli sülhü və təhlükəsizliyi təmin edə bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!