Dünyaca məşhur amerikalı aktrisa Sidney Svini şəxsi həyatı ilə bağlı gündəm yaradacaq addım atmağa hazırlaşır. Məşhur ulduz sevgilisi Skuter Braun ilə ailə qurmaq və övlad sahibi olmaq planları çərçivəsində dinini dəyişmək qərarına gəlib.
“Yeni Sabah” xəbər verir ki, ABŞ mətbuatında yer alan iddialara görə, 29 yaşlı aktrisa Xristianlıqdan İudaizmə (Yəhudilik) keçməyi planlaşdırır. Sevgilisi Braunun mənsub olduğu dinə keçid prosesini ciddi şəkildə araşdıran Svininin artıq bu məqsədlə iki haxamla görüşdüyü bildirilir.
Bundan əlavə, cütlük bir müddət əvvəl sinqoqlardan birində keçirilən "Roş-ha-Şana" (Yəhudi Yeni İli) dini mərasimində birgə görüntülənib. Daha əvvəl verdiyi müsahibələrdə Braun ilə ailə qurub övlad sahibi olmaq istədiyini açıq şəkildə ifadə edən aktrisanı bu qərarı Hollivudda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız