Məşhur dizayner Aslı Yılmaztürk tətil üçün getdiyi Muğlanın Ula bölgəsində ölü tapılıb.
Yenisabah.az xəbər verir ki, hadisə saat 23:00 radələrində Akçapınar Məhəlləsində baş verib. İlk müayinədə Yılmaztürkün sobadan sızan qazdan zəhərləndiyi müəyyənləşib. Yılmaztürkün cəsədi hadisə yerindəki araşdırmadan sonra Muğla Ədli Tibb Təşkilatının meyitxanasına aparılıb.
Telegram kanalımız