Seneqallı futbol ulduzu Sadio Mane doğulub boya-başa çatdığı Bambali şəhərinin inkişafı üçün növbəti böyük addımını atıb.
“Yeni Sabah” xəbər verir ki, təcrübəli hücumçu bütövlükdə 20 milyon dollar sərmayə ayıraraq ərazidə yeni aqro-sənaye parkının inşasına başlayıb.
İlkin mərhələdə yerli yetişdirilən manqoların emalını nəzərdə tutan layihə çərçivəsində min nəfər işlə təmin olunacaq. Gələcək illərdə isə bu rəqəmin 2500-ə çatdırılması planlaşdırılır. Sənaye obyekti regionun iqtisadiyyatına əlavə istehsal imkanları qazandıracaq. Marqarita pizza
Sərmayə layihəsi haqqında danışan Sadio Mane xalqına xidmət etməkdən qürur duyduğunu bildirib: "Ölkəmizin sərvətlərinin özümüzdə qalmasını istəyirəm. Əldə olunan mənfəət ilk növbədə xalqa fayda verməlidir".
S.Mane bundan əvvəl də Seneqalda müasir xəstəxana, məktəb, poçt binası və digər sosial infrastruktur layihələrinin tikintisini tam maliyyələşdirib.
Nazim Hacıyev
Telegram kanalımız